Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Birinci Qarabağ müharibəsinin iki fəal döyüşçüsünün görüşü qələbəyə olan inamımı bir daha artırdı

0


  •                 21 iyul 2014 - cü il tarixində Birinci Qarabağ müharibəsinin iki fəal döyüşçüsü - tankçı Vahid Quliyev və tağım komandiri Tofiq İbrahimovun Oğuz rayonunda görüşü oldu. Bu görüş onların 1992 – ci il 9 may Kosalar kəndinin işğalından sonra ilk görüşü idi. Doğma el – obadan ayrı düşən, ürəkləri yurd həsrətilə yanan, Kosalar uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərən bu iki insan Oğuz rayonun Calut kəndində doğma Kosalar kəndində yaşanmış xatirələri və Vətənin ağır günlərini yad etdilər. Onlar söhbət əsnasında Kosalar kəndinin qəhrəman kənd olduğunu, düşmənin dəfələrlə hücumu zamanı layiqli cavabının verildiyinindən danışdılar. Bu iki vətənpərvər döyüşçünün o günləri yad edərkən döyüşlərin təəssüratlarını, doğma el – oba üçün nə qədər həsrət çəkdiklərini, xain düşmənə olan nifrət və qisas almaq hisslərini duymaq olurdu.

               Vahid Quliyev və Tofiq İbrahimov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bu gün çox güclü olduğunu və ordumuzun düşmən üzərində qələbə çalacağına əmin olduqlarını ifadə etdikər. Ali Baş Komandan döyüş əmri verərsə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda yenə mübariz döyüşəcəklərinə söz verdilər.
               Onların örnək döyüş həyatı və bugünkü ruh
    yüksəkliyi bizim düşmən üzərində qələbə çalacağımıza olan inamımı bir daha
    artırdı. 
               Biz döyüşkən millətin gəncləriyik!
                                                                                                           Qalib Bəyməmmədoğlu,
                                                                                                           AJB-nin üzvü




    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib50 dəfə
    Birinci Qarabağ müharibəsinin iki fəal döyüşçüsünün görüşü qələbəyə olan inamımı bir daha artırdı

    Maraqlı gələ bilər
    43
    56
    54